1 sutkada 3 meyit
21 Yanvar 2011 13:19
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az zəbər portalına verilən məlumata görə, Nizami rayonu ərazisindəki Nəsimi küçəsindən 50-55 yaşlı kişi koma vəziyyətində xəstəxanaya gətirilib. Həkimlər onun həyatını xilas edə bilməyib.
Xətai rayonu Sarayevo küçəsində isə 35-40 yaşlı kişi meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Xaçmaz rayonunda isə Məmmədsəfa Mustafayevin üzərində zorakılıq əlamətləri görünməyən, donmuş halda olan meyiti rayonun Xaçpolad Oba kəndi ərazisində tapılıb.
Hər 3 faktla bağlı araşdırma aparılır.
Milli.Az