Toyota Prado adam vurdu

28 Aprel 2015 22:48

Şamaxı rayonunda minik maşını piyadanı vurub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb. "Toyota Prado" markalı minik maşını yolu keçən piyadanı, Mingəçevir sakini 1991-ci il təvəllüdlü Hacıyev Əfqan Namiq oğlunu vurub. Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti sonradan ağırlaşdığı üçün o müalicə məqsədilə Bakıya aparılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 

Milli.Az