Əhmədiyyə Cəbrayılov haqqında bioqrafiya hazırlanır

28 Aprel 2015 19:57

Fransa müqavimət hərəkatının liderlərindən biri, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun bioqrafiyası ilk dəfə peşəkar formada hazırlanır. Kanal S (Region TV) xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyəti kitabın 5 dildə çap etdirmək niyyətindədir.

Yazıcı ssenarist Şahin Sinayi: "Əhmədiyyə Cəbrayılovun bioqrafiyasını yazıram. Onun haqqında Azərbaycanda, Rusiyada, keçmiş SSRİ-nin bütün respublikalarında və Fransanın özündə çox kitablar, məqalələr yazılıb. Ancaq ilk dəfədir ki, Azərbaycan Avropa Cəmiyyətinin təşəbbüsü ilə peşəkar şəkildə onun haqqında tədqiqatlar aparılır.

Mənim işim ondan ibarətdir ki, Fransanın dövlət arxivlərində, muzeylərində və Azərbaycanda olan məlumatları axtarıb tapım. İlk dəfə olaraq onun döyüş yoldaşları ilə görüşərək onlarla müsahibələr aparmışam".

Milli.Az