İlk növbədə müəllif öz dövrlərində güclü olmuş, beynəlxalq sistemin öhdəsindən gəlmiş ölkələrə diqqət ayırıb. Bu meyar siyahını beynəlxalq arenada rəqabət aparmış ölkələrə qədər məhdudlaşdıraraq Misir, Sun imperiyası, İnk imperiyası kimi gücünü öz regionlarından kənarda göstərə bilməmiş regional qüvvələri siyahıdan çıxarıb.
Bundan başqa dözümlülük də önəmlidir. Bu meyar da Napoleon və Makedoniyalı İsgəndərin başçılıq etdiyi imperiyalar kimi dünyada öz izlərini qoymuş qüvvələrin siyahıya düşməsinin qarşısını alıb.
Son olaraq, bu siyahı xronoloji şəkildə hazırlanıb. Ölkələri zaman və dünya miqyasında müqayisə etməyin mənası yoxdur, ona görə də bütün dövrlərin ən yüksək qüvvələrini sıraya salmaq əsassızdır.
7. Roma Sülhü (Pax Romana)
Romanın bu siyahıda başda gəlməsini kim sorğulayar? Əvvəllər respublika olan Roma imperiyasının ömrü 500 il sürdü. Afrika, Avropa və Yaxın Şərq əraziləri Romanın hakimiyyəti altına düşdü. Dünya əhalisinin üçdə biri ən çox 60 milyon əhalisi olan Romanın payına düşürdü. Qay Yuli Sezar Kaliqula və Neron kimi imperatorları olan Romanın gücündən danışmağa isə ehtiyac yoxdur.
6. Barbarlar Qapıda
Romanın dağılması ilə qloballaşma fasilə verdi. Qaranlıq Era olduqca problemli bir dövr oldu. Ancaq yenə də german skandinav dənizçilərin vəziyyəti bir çoxlarından daha yaxşı idi. Vahid bir siyasi qurumu təmsil etməsələr də, vikinqlər beynəlxalq sistemdən heç kimin istifadə etmədiyi qədər yaxşı istifadə etdilər. Şimal regionlarından Yeni Dünya və Aralıq dənizi sahillərinə, Şimali Afrikadan Yaxın Şərq və Mərkəzi Asiyaya qədər daha çox məsafə qət edən vikinqlər daha çox sərvət toplayıb nüfuz qazandılar.
5. Qızıl Orda İmperiyası
Monqollar öz dövrlərinin ən güclüləri idi. Hamı üçün maraqlı olan xanlar imperiyasından qədim dünyanın hər bir küncü xəbərdar idi. Xərac ödəyən və ya sədaqət andı içən vassal dövlət və müttəfiqlərdən istifadə edən imperiya dünya ərazisinin dörddə birindən çoxunu öz torpaqlarına birləşdirdi. Monqol imperiyasının nüfuzu uzun müddət, nəsillərcə davam etdi. Bu imperiya tarixə düşmüş ən dağıdıcı müharibələri başlatdı. Digər tərəfdən də, monqol işğalları nəticəsində bütün Avrasiyada insanların, əmtəə və ideyaların mübadiləsini asanlaşdırdı.
4. Babur İmperiyası
Hökmdarları monqolların imperatoru Çingiz xanın nəslindən olduqlarını iddia etsələr də, moğollar monqollarla qarışdırılmamalıdır. Mərkəzi Asiya əsilli hökmdar Sultan Babur tərəfindən yaradılan və XVII-XVIII əsrləri əhatə edən bu imperiya Avropa və Asiya arasında əraziyə genişləndi. Bu imperiya öz dövründə dünya əhalisinin ən çox hissəsini idarə etmiş imperiyadır.
3. Günəş Heç Vaxt Batmır
Həqiqətən, Britaniyanın müasir suveren dövlət yaradılması rəqabətinin öhdəsindən hər kəsdən yaxşı gəldiyinin əksini kim iddia edə bilər? Britaniyanın gücünü fərqləndirən onun qlobal bazarlara çıxışı və insanları, əmtəə, xidmət və ideyaları qlobal səviyyədə hərəkətə gətirmək potensialı idi. 1815-ci ildən 1914-cü ilə qədər Britaniya imperiyası müasir dünyanın paxıllıq etdiyi bir qüvvə oldu.
2. Amerika Gözəldir (America the Beautiful)
Bəşər tarixində iqtisadiyyat üzrə ən böyük, ən məhsuldar hərəkətverici qüvvəni ABŞ yaratdı. II dünya müharibəsində əsas qüvvə olan ABŞ suveren dövlət sistemini fəlakətdən xilas etdi. Heç bir ölkə müharibədən sonra suveren dövlətlər və nisbətən azad cəmiyyətin birləşməsi üzərində qurulmuş sistemdən bu qədər yararlana bilmədi.
1. Kanada
Müasir beynəlxalq sistemin əsas qurucusu ABŞ ola bilər, ancaq hazırda başqa ölkələr bu sistemə hər kəsdən çox təsir göstərir. Müasir dövrün nikbin simvolları üzrə yaradılan istənilən siyahıda Avstraliya və Kanadanın ilk onluğa düşmədiyini demək düzgün olmaz. Məsələn, ötən il "Heritage" Fondu ilə "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksində" Avstraliya üçüncü, Kanada altıncı yerdə gəlirdi. Kanadanın bir sıra üstünlükləri də var: dünyanın ən güclü hərbi ittifaqı olan NATO-ya əsaslanması, Arktikada yaranan imkanlardan və enerji ehtiyatlarından istifadə etməsi. Kanadanın eyni zamanda dünyanın ən yaxşı bazarlarının mövcud olduğu ABŞ-la qonşu olması kimi bir üstünlüyü də var.
Zaman keçdikcə Kanadanın bu üstünlüklərini saxlayıb birinci yerdə qalıb-qalmayacağı hələ məlum deyil. Nisbətən sülh və suveren dövlətlərlə azadlığa hörmət edildiyi beynəlxaq sistemin davamlı olub-olmayacağını da yalnız zaman göstərəcək.