Cihaz 1,8 QHs takt tezlikli 64 bitlik Intel Atom prosessoru, 32 QB daxili və 2 QB əməli yaddaş, 1920x1080 nöqtə təsvir ölçülü 5,5 düymlük sensor ekran və optik sabitləşmə sisteminə malik 13 meqapiksellik kamera ilə təchiz edilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, aparatın akkumulyator batareyasının tutumu 4000 milliamper/saatdır və dördüncü nəsil (LTE) şəbəkəsinə qoşula biləcək. Cihazın korpusunun qalınlığı 8,5 mm təşkil edəcək.
Aparat qırmızı, gümüşü və qara daxil olmaqla bir neçə rəng variantında əlçatan olacaq. Android 5.0 Lollipop mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
2015-ci il aprelin sonunda Lenovo K80 smartfonunun satışına başlanılacaq.
Milli.Az