Bəs siz bu paltarı alardınız? - VİDEO - FOTO

28 Aprel 2015 13:52

Almaniyanın paytaxtı Berlində "Fashion Revolution Day" çərçivəsində maraqlı sosial eksperiment keçirilib.
 

Milli.Az European-a istinadən bildirir ki, Berlindəki meydanlardan birində quraşdırılmış satış avtomatında potensial müştərilərə çox ucuz qiymətə, cəmi 2 avroya futbolka təklif olunub.
 

Super ucuz qiymətə futbolkanı almaq istəyən şəxslər avtomata 2 avro atandan sonra pannoda sosial reklam görünüb.
 

"Manişa ilə tanış olun. O, ucuz geyimlərin istehsal olunduğu fabrik və sexlərdə çalışan milyonlarla qadından biridir. Bu qadınlar iş zamanı hər saata görə cəmi 13 sent maaş alırlar. Hər gün 16 saat işləyirlər. Sən 2 avroluq futbolka almaq istəyirsən?" - "The 2 Euro T-Shirt" ekspermenti zamanı pannoda yazılmışdı.
 

Bundan sonra müştəri ekranda iki düymə görüb: "Satın al" və "İanə ver".
 

Hər 10 adamdan 9-u 2 avronu ianə verib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.
фото