Məşhur yazıçı uşaq pornoqrafiyası ittihamını rədd edir

27 Aprel 2015 23:49
Sovet yazıçısı Vladimir Bukovski Britaniya prokurorlarının uşaq pornoqrafiyası istehsalı və saxlanılması ilə bağlı ittihamlarını rədd edib. Musavat.com xəbər verir ki, məlumatı RİA "Novosti" yayıb.

"Haqqımdakı ittihamlarla bağlı mənə bu gün məlumat verdilər. Mən əxlaqsız və ya qadağan olunmuş fotoların, psevdofotoların və videoçəkilişlərin hazırlanması barədə ittihamları qəti şəkildə rədd edirəm", - Bukovski bldirib.

Dissident bəyan edib ki, məhkəmə prosesində özünü "qətiyyətlə müdafiə etməyə" hazırdır.

Qeyd edək ki, Vladimir Bukovskiyə qarşı 11 ittiham irəli sürülüb.

Milli.Az