7 cangüdən və 3 pulemyotla gəzən klub prezidenti kimdir?

27 Aprel 2015 22:50
Moskva "Spartak"ının yarımmüdafiəçisi Xose Manuel Xurado klubun sahibi Leonid Fedun barədə maraqlı açıqlama verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ispan futbolçu Fedunun çoxlu sayda cangüdənlərlə və pulemyotla gəzdiyini bildirib:

"Fedun komanda ilə ildə iki-üç dəfə görüşür. O görüşlərdə müəyyən məsələlər müzakirə edilir. Hər dəfə onu görəndə heyrətlənirəm. Ətrafında yeddi cangüdən olur. Özüylə üç əl pulemyotu gəzdirir.

O, bizi ya bazaya, ya da stadionun konfrans zalına toplayır. Fedun Rusiyada yaxşı reputasiyaya malikdi. Onun haqqında pis heç nə eşitməmişəm".

Milli.Az