ABŞ-da mafiya əleyhinə əməliyyat: 127 nəfər həbs olundu
21 Yanvar 2011 11:13
Milli.Az xəbər portalının "Associated Press"ə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində 127 nəfər həbs olunub. Saxlanılanlar arasında 5 nəhəng cinayətkar klanın rəhbərləri, həmçinin Nyu-Yorkun keçmiş polis əməkdaşları da var. Onların hamısına qarşı qətl, zorakılıq, narkotik alveri maddələrilə ittihamlar irəli sürülüb.
Əməliyyatda Federal Təhqiqatlar Bürosu və polisin 800 agenti iştirak edib.
Milli.Az