Zaqatalada 2 yaşlı uşaq yandı - YENİLƏNİB - VİDEO

26 Aprel 2015 16:16
13:32

Kanal S (Region TV) xəbər verir ki, Zaqatalada 2 yaşlı uşaq qaynar sudan yanıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Danaçı kənd sakini, 2013-cü il təvəllüdlü Aysu Şərif qızı Qudyakova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, yaşadığı evdə 2 yaşlı Aysu Qudyakovanın üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aysuya sinənin,  kürəyin və aşağı ətrafların 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Milli.Az

----------
16:16