“Mcdonald's”ın 700 restoranı bağlanır

25 Aprel 2015 21:31

"McDonald's" dünya üzrə restoranlarının 2%-ə qədərini bağlayır.
 

"Report" xəbər verir ki, sürətli qidalanma şəbəkəsinin rəhbərliyi son rüb ərzində satış həcmləri haqqında əldə olunan məlumatlardan sonra belə bir qərar qəbul edib.

Belə ki, ABŞ-da ötən rüb ilə müqayisədə satış 2,6% aşağı düşüb. Şirkətin mənfəəti 36,6% azalaraq 811 mln. dollar olub.
 

Ümumilikdə, əsasən Yaponiya və Çində olmaqla 700-ə yaxın restoran bağlana bilər.
 

Milli.Az