Nepal zəlzələsi: yüzlərlə ölən və yaralanan var - FOTO

25 Aprel 2015 21:21
Nepalda son 80 ilin ən güclü zəlzələsində 1000-dən artıq adam ölüb, polis bildirir. Çox sayda xəsarət alan var.

7,9 bal gücündə yeraltı təkanlar geniş dağıntılar törədib.
 

Zəlzələnin episentri paytaxt Katmandudan 77 kilometr aralıqda yerləşib.

Milli.Az BBC-yə istinadən bildirir ki, Nepal rəsmisi zəlzələ mərkəzində "geniş dağıntılar"ın olduğunu bildirib.
 

Hindistanda ən azı 13 nəfərin öldüyü bildirilir. Ölüm halları Banqladeşdə də qeydə alınıb.

Yeraltı təkanlar qonşu Pakistan, Banqladeş və Hindistanda hiss olunub.

Xilasetmə əməliyyatlarına hərbçilərin cəlb olunduğu xəbər verilir.

Hakimiyyət çox sayda xəsarət alanların olduğunu bildirir.

Katmandudakı qüllənin dağıntıları altında onlarla adamın qaldığı güman edilir.

Katmanduda UNESCO mədəniyyət irsi obyektləri siyahısına salınmış qədim qüllənin dağıntıları altında onlarla adamın qaldığı güman edilir. Xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışırlar.
 

"Çox dəhşətli idi. Torpaq ayağım altında oynayırdı...Xəstəxanada müalicə gözləyirəm, lakin tib işçiləri çox məşğuldurlar", - divarın uçması nəticəsində xəsarət alan şəxs AFP agentliyinə bildirib.
 

Bir çox binalar uçub. Nəqliyyat sisteminin işi pozulub, ölkənin əsas eroportu fəaliyyət göstərmir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin