Barak Obama 2012-yə hazırlaşır

21 Yanvar 2011 14:22
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, prezident administrasiyasından onun 2012-ci ildə keçiriləcək seçkiyə qatılacağını, seçki qərargahının Çikaqoda yerləşəcəyini bildiriblər.
Yaxın vaxtlarda Obamanın böyük məsləhətçisi Devid Akselrod, mətbuat katibi Robert Qibbs və Ağ Ev aparatı rəhbərinin müavini Cim Messina seçkiqabağı tədbirlərin planını hazırlamaq üçün Çikaqoya yollanacaqlar. Vəsaitlərin yığımına isə mart-aprel aylarında başlanması nəzərdə tutulub.

Milli.Az