Ramiz Məmmədovu nigeriyalılar sevindirdi
20 Yanvar 2011 18:51
Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası Antalya toplanışı çərçivəsində baş tutan üçüncü sınaq matçında ardıcıl ikinci qələbəsini qazanıb.
"Atırau" Türkiyədəki ilk hazırlıq mərhələsinin son oyununda Almaniyanın dördüncü liqa təmsilçilərindən biri ilə qarşılaşmada 2:0 hesablı qələbəyə sevinib. Hər 2 qolu baxışda olan nigeriyalılar Alfred və Zitu rəqib qapısından keçirib.
Xatırladaq ki, həmyerlimizin komandası Türkiyədə keçirdiyi ilk sınaq matçında Albaniyanın BESA klubuna 0:1 hesabı ilə məğlub olsa da, ikinci görüşündə "Xəzər Lənkəran"a 2:1 hesabı ilə qalib gəlmişdi.
Milli.Az