Şumaxerin oğlu atasının yolunu gedir - FOTO

25 Aprel 2015 11:30
Beynəlxalq "Formula-1" çempionatının əfsanəvi ulduzu, 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik atasının yolunu davam etdirir.

16 yaşlı Mik Şumaxer sabah Almaniyada keçiriləcək "Formula-4 ADAC" turnirində debüt edəcək.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, indi koma vəziyyətində olan Mixael Şumaxer pilot karyerası ərzində 91 turnirdə qalib gəlmişdi.

Mik Şumaxer isə bazar günü həyatında ilk dəfə olaraq özünü "Formuda-4"də sınayacaq. O, yarışa 19-cu mövqedən qatılacaq, sonra daha iki mərhələdə iştirak edəcək.
 

Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı Meribel kurortunda dağ xizəyi ilə sürüşəndə yıxılmış, başı qayaya dəymişdi.

"Qırmızı baron" ləqəbli əfsanəvi pilot həmin vaxtdan bəri koma vəziyyətindədir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.