11:35Milli.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 25-də Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanandan sonra Azərbaycan Prezidenti
İlham Əliyev, xanımı
Mehriban Əliyeva və Fransa Prezidenti
Fransua Olland birgə nahar ediblər.
---------
11:24Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransa Respublikasının Prezidenti
Fransua Ollandın görüşü olub.
Milli.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandı qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirildi. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük imkanların mövcudluğu qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi.
Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
---------
09:14Bakıda Azərbaycan Prezidenti
İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Fransa Prezidenti
Fransua Ollandın görüşü başlayıb.
Trend-in məlumatına görə, Fransa Respublikasının Prezidenti Fransua Olland aprelin 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
---------
14:24Prezident İlham Əliyev və Prezident Fransua Olland birgə nahar ediblər VİDEO



---------
11:24Fransa Prezidenti Fransua Ollandın Azərbaycana işgüzar səfəri
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü








Foto: AZƏRTAC