Ermənistan əhalisi və dünyadakı erməni lobbisi 24 aprel tarixini "erməni soyqırımı" günü kimi qeyd edir. Paralel olaraq, digər dövlətlərin də bu "soyqırımı"nı tanıması, hər il xatırlaması üçün təbliğat aparırlar. Heç bir tarixi sübut, ciddi dəlil olmadan dünyanın bu yalana inanmasını istəyirlər. 1915-ci ildə Osmanlı imperiyasında cərəyan edən hadisələr, erməni yalanlarının mahiyyəti, Osmanlı dövlətinin köçürülmə qərarı, müasir dövrümüzdə xarici ölkələrin "soyqırımı"nı gündəmə gətirməsinin səbəbləri ilə bağlı "Kaspi"nin suallarını tarixçi-alim, millət vəkili Fəzail İbrahimli cavablandırır.Fəzail İbrahimlinin sözlərinə görə, əslində 1915-ci ildə ermənilər türklərə qarşı soyqırımı törədiblər