Çindən Mercedes-ə cəza

24 Aprel 2015 21:37
Çində alman avtomobil nəhəngi Mercedes şirkətinə 57 milyon dollar pul cəzası verilib. Bu barədə məlumat yayan China Daily qəzeti Mercedes şirkətinə Çinin şərqindəki Cianqsu əyalətindəki Mercedes səlahiyyətli satış dilerlərinə avtomobil və yedək hissələrinin satışında anti-inhisar qanunları pozmalarından dolayı 350 milyon yuan (təxminən 57,1 milyon ABŞ dolları) cəza kəsildiyini bildirir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Səlahiyyətli qurumlar Mercedes şirkətini ölkədəki bazar hakimiyyəti və məhdud rəqabət şəraitindən düzgün olmayan şəkildə yararlanmaqda təqsirləndirərkən eyni zamanda Mercedes ilə işbirliyi içində olan səlahiyyətli satış dilerlərinə də 7,87 milyon yuan (təxminən 1,26 milyon ABŞ dolları) cəza verildiyi bildirilib.

Mercedes-Benz şirkətinin yazılı açıqlamasında irəli sürüən ittihamlara etiraz edilmədiyi və pul cəzasının ödəniləcəyi qeyd edilib.
 

Milli.Az