Ermənistanın ombudsman ofisinə ayrılmış milyon avro hara itib?

20 Yanvar 2011 20:36
Milli.Az xəbər portalının "Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, hər kəsə bəlli olan bu fakt Ombudsmanın ofisi tərəfindən qəti şəkildə təkzib olunur.
"Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində 2009-cu ildə Ermənistanın Ombudsman ofisinə 1 milyon avro ayrılıb. O vətəndaşların hüquqlarının müdafiəsi proqramının icrası üçün nəzərdə tutulmuşdu", - deyə qəzet bildirir. Qəzet Ombudsmanın mətbuat katibi Armen Arutyunyandan bu pulun hara xərcləndiyini soruşan zaman o, deyib: "Bizə nə 2009, nə də 2010-cu ildə belə qrant ayrılıb".

Milli.Az