Facebook-da hər gün 4 milyard...

25 Aprel 2015 20:56
Hazırda Facebook sosial şəbəkəsində gündəlik video baxışı 4 milyarddan çoxdur. Bu haqda şirkətin baş direktoru Mark Sukerberq məlumat verib. 2015-ci ilin yanvarında bu göstərici 1 milyard təşkil edib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, Facebook video sahəsində aparıcı oyunçuya çevrilir. Video, həmçinin mobil və reklam strategiyalarını əhatə edir.

Facebookda videolara baxışın 75 faizdən çox hissəsi mobil qurğuların payına düşür.

Mark Sukerberq, həmçinin qeyd edib ki, Facebookun 80 min videosu funksiyanın işə salınmasından sonra kənar saytlarda yerləşdirilib və cari ildə xəbər lentlərində sferik video funksiyasını işə salıb.

Bundan başqa, insanlar gündəlik Facebooka məxsus Instagram xidmətindən gündəlik 200 milyon insan istifadə edir. Instagram istifadəçiləri gündəlik şəbəkədə 21 dəqiqə vaxt keçirirlər.

ABŞ-da mobil telefonda keçirilmiş hər beş dəqiqənin bir dəqiqəsi Facebook və ya Instagramın payına düşür.

Facebook, Messenger və WhatsAppda gündəlik 45 milyarddan çox mesaj göndərilir.

Milli.Az