Parollar məhv olacaq

26 Aprel 2015 23:31
PayPal işləmələr bölməsinin direktoru Conatan LeBlan "Parollara son" təqdimatı çərçivəsində şirkətin bu istiqamətdə yeni proqnozu ilə paylaşıb.

LeBlan bildirib ki, bu gün populyarlaşmaqda olan biometrik texnologiyalar əsasında identifikasiya vaxt keçdikcə keçmişdə qalacaq və daha yüksəktexnologiyalı sistemlərdən istifadə ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, LeBlan əmindir ki, identifikasiya üçün ən yeni imkanlar beyin implantları, ürək ritminin monitorinqinin tətbiqi sahələrinə əsaslanır. Belə qurğular batareya vasitəsilə işləyəcək, sonuncu isə öz növbəsində mədə şirəsindən qidalanacaq.

PayPal-ın təklifləri bu gün inanılmaz görünsə də, ancaq LeBlan iddia edir ki, şirkət artıq ürək ritmlərin tezliyinə əsaslanan identifikasiya texnologiyasını sınaqdan keçirir.

Milli.Az