Fransa prezidenti biabır oldu
20 Yanvar 2011 18:38
Milli.Az xəbər portalı "Le Monde"yə istinadən bildirir ki, Fransa prezidenti Nikolya Sarkozinin ölkəsinin coğrafiyasını yaxşı bilmədiyi aşkarlanıb.
Nitq bacarığı ilə məşhur olan dövlət başçısı Almaniya sərhədindən 32 km aralıda yerləşən Tryuştersheem (Elzas) şəhərində kənd təsərrüfatı istehsalçıları qarşısında çıxış edərkən çox kobud səhvə yol verib.
"Çin və Hindistan arasında ədalətsiz rəqabəti anlaya bilərəm. Lakin Almaniya və Fransanın arasında niyə belə rəqabət var - başa düşmürəm. Bunu indi Almaniyada olduğum üçün demirəm", - Sarkozi söyləyib.
Bu sözlərdən sonra fermerlər onu fitə basıblar və Sarkozi də səhvini düzəltmək üçün "Təbii ki, indi Elzasdayam" söyləyib.
Fransa hazırda bir əyaləti olan Elzasla bağlı olaraq Almaniya ilə XIX-XX əsrlərdə daima münaqişədə olub. 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra Almaniyanın tərkibinə qatılmış Elzas I Birinci Müharibəsindən sonra Versal Sazişinə uyğun olaraq Fransaya qaytarılıb.
Politoloqların fikrincə, Sarkozinin bu səhvi ona baha başa gələ bilər.
Tural
Milli.Az