"Kasperski" antivirusuna "virus" düşüb
20 Yanvar 2011 20:02
Milli.Az xəbər portalı "Bloomberg"ə istinadən bildirir ki, Rusiyanın "Laboratoriya Kasperskoqo" antivirus proqramları istehsalçısı səhmlərinin bir hissəsinin ABŞ-ın "General Atlantic" investisiya holdinqinə satılmasına qərar verib. Holdinqin idarəçi direktoru və Avropa bölməsinin rəhbəri Con Bernstaynın dediyinə görə, şirkət "Laboratoriya Kasperskoqo"nun səhmlərinin 20 faizini 200 milyon dollara satın alacaq.
Ötən il mənfəətini 40 faiz artırmış "Laboratoriya Kasperskoqo" şirkəti dünya antivirus və mühafizə proqramları bazarında "Symantec", "McAfee" və "TrendMicro"dan sonra 4-cü yerdədir.
Tural
Milli.Az