Fransa və Rusiyaya irad: "Ciddi olun!"
24 Aprel 2015 10:24
Rusiya və Fransa prezidentlərinin qondarma erməni soyqırımının "yüzüncü ildönümü" tədbirlərində iştirak üçün İrəvana səfər etməsi ATƏT-in Minsk Qrupunun bitərəfliyini şübhə altına qoyur.
Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
O bildirib ki, Türkiyə Rusiya və Fransadan Dağlıq Qarabağ münaqişəsinin həllində daha ciddi yanaşma tələb edir.
Milli.Az