İŞİD iki "mavi"ni daşqalaq etdi - FOTO

24 Aprel 2015 10:15
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı dünən daha bir edamını gerçəkləşdirib. Suriyanın Homs vilayətində iki gənc zinada və uşaqbazlıqda suçlanaraq daşqalaq edilib.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, homoseksualizmdə ittiham edilmiş bu şəxslərin gözləri bağlanandan sonra onları şəhər kənarına aparıblar. Burada "mavi"lər günahlarının bağışlanmasını istəyiblər və dua ediblər.
 

Ən qəribəsi isə budur ki, az sonra həmin şəxsləri qətlə yetirəcək İŞİD mənsubları qurbanlarını qucaqlayıblar, "Allah günahınızdan keçsin!" deyiblər.

Bundan sonra iki şəxsin ətrafına yığışmış İŞİD terrorçuları onlara daşa basıblar.
 

Daşqalaq edilmiş şəxslərin edamdan əvvəlki sakit davranışları da təəccüb doğurub.
 

Ekspertlərin dediklərinə görə, onlara trankvilizatorlar verildiyindən ölümü sakit qarşılayıblar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.