Turistlər bu dövlətin başına oyun açır

20 Yanvar 2011 20:52
Milli.Az xəbər portalı "L'Osservatore Romano"ya istinadən bildirir ki, rəsmən dövlət statusuna malik Vatikanın cəmi 530 daimi sakini var. Lakin ərazisində törədilən müxtəlif cinayətlərin sayına görə, Vatikan dünya liderlərindən biridir.

Vatikanda cinayətkarlıq səviyyəsinin çox yüksək olmasının səbəblərindən biri buraya gələn turistlər arasında qanun pozuntularıdır. Vatikanın hüquq-mühafizə sturkturu ötən il turistlər və zəvvarlarla bağlı 170 cinayət, 1300-ə yaxın mülki iş qaldırıb.

Vatikana hər il 17 milyondan artıq turist və zəvvar baş çəkir.

Tural
Milli.Az