Bir vaxtlar qələm ən dəyərli hədiyyə sayılırdı. Müxtəlif formalı, dizaynlı, fərqli rəngli və yazma forması olan qələmlər müxtəlif qiymətə olduğundan hər kəsin cibinə uyğun olurdu. Zaman keçdikcə gümüş, qızıl, brilyant daşlı, üzərinə ad yazdırılmalı qələmlər dəbə gəlsə də, onların da ömrü uzun olmadı. Klaviaturanın yazma rahatlığı qələmlərə olan marağı da yox səviyyəsinə endirdi. Hazırda qələm verilə biləcək hədiyyələr sırasında sonda gəlir desək yanılmarıq.Klaviaturaya keçid qələmə olan marağı yox edir