Elgiz Əkbər evlənir
23 Aprel 2015 17:27
Azərbaycanın tanınmış teleaparıcısı Elgiz Əkbər ailə qurmağa hazırlaşır
Milli.Az xəbər verir ki,
anspress
-in məlumatına görə, ANS TV-nin "Adam içində" verilişinin aparıcı həyatını
Əsmər
adlı xanımla birləşdirir.
Cütlüyün toy mərasimi may ayının 9-da paytaxtda baş tutacaq.
Artıq cütlüyün toy dəvətnamələri də paylanıb. Toy məclisi paytaxtın şadlıq saraylarının birində baş tutacaq.
Xatırladaq ki, E.Əkbər bir zamanlar "Bağlama", "Toy olsun" verilişinin də aparıcısı olub.
Milli.Az