Milli.Az 4charx.com-a istinadən bildirir ki, uzunluğu 5 metrdən çox olan (5071 mm) Volkswagen C Coupe GTE konsepti Çin bazarı hədəfə alınaraq hazırlanıb. Avtomobilin eni 1930 mm, oxlararası məsafə 3014 mm -dir. Bu avtomobilin seriya versiyası markanın Passat və Phaeton sedanları arasında yer alacaq.
Avtomobil xaricdən bu yaxınlarda Cenevrə avtosalonunda nümayiş etdirilmiş VW Sport Coupe Concept GTE prototipini xatırlatsa da seriya buraxılışına daha hazır olması təsirı bağışlayır.
Milli.Az