Twitter işi asanlaşdırdı

23 Aprel 2015 21:55
"Twitter" mikrobloqlar xidməti istifadəçilər arasında məlumat mübadiləsi qaydalarına dəyişikliklər edib. İndi istifadəçilər bir-biri və ya qrup halında daha asan ünsiyyət qura biləcəklər.

Əvvəllər "Twitter" istifadəçiləri öz məlumatlarını yalnız abunəçilərinə göndərə bilirdilər. Hazırda isə istifadəçinin hesaba abunə olmasından asılı olmayaraq məlumatı istənilən istifadəçidən almaq mümkündür.

Bundan başqa, mikrobloqlar xidmətinin "iPhone" və "Android" sistemli qurğular üçün əlavələrindəki istifadəçi profilində "Şəxsi məlumat" düyməsi yer alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni funksiyalar "Twitter" istifadəçilərinə onlar üçün maraqlı olan insan və təşkilatlarla birbaşa ünsiyyət qurmağa imkan verir. Həmçinin arzuolunmaz akkauntlardan məlumatların alınmasının bloklanması funksiyasından istifadə mümkün olacaq.

Yeni qaydalar aprelin 20-də qüvvəyə minib.

Milli.Az