Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda yeni xidmət yalnız "Motorola Nexus 6" smartfonlarında işləyə və sözügedən xidmətə dəvət üzrə qoşulmaq mümkündür.
120-dən çox ölkədə aylıq 20 dollar ödəməklə xidmət üzərindən zəng etmək və mesaj göndərmək mümkündür. Bundan başqa, trafikə görə əlavə ödəniş etmək lazımdır. "Google" şirkəti 1 QB trafiki 10 dollara təklif edir. Bu halda istifadəçi yalnız istifadə etdiyi trafikin pulunu ödəyəcək. Məsələn, əgər 3 QB trafik paketinin 1.4 QB-nı istifadə edibsə, o zaman 16 dollar onun hesabına geri qaytarılacaq.
Milli.Az