Mətbəx sirləri: Südlü aş
26 Aprel 2015 07:00
Milli.Az Kəpəz TV-yə istinadən (Region TV) südlü aşın hazırlanma qaydasını təqdim edir
Tərkibi:
2 kq düyü
5 l süd
200 q kişmiş
200 q qaysı
200 q xurma
qazmaq:
1 st. qatıq
2 ədəd yumurta
100 q kərə yağı
Düyünü əvvəlcə duzlu suda isladın. Qaynar südə əlavə edib bişirin.
Düyü süddə yarıçiy vəziyyətə gələnə kimi bişməlidir. Hazır düyünü aşsüzənə süzüb qazmaq hazırlayın.
Qazmaq hazırlamaq üçün qatıq, yumurta və yağı qarışdırın. Sonra içərisinə 1 kəfkir süzülmüş düyü əlavə edib qarışdırın. Aşı bişirəcəyiniz qazana yağ tökün, qazmağı əlavə edin.
Süzülmüş düyünün içərisinə yağ, qaysı, kişmiş və xurma əlavə edib qarışdırın.
Sonra düyünü qazmağın üzərinə əlavə edib vam odun üzərində dəmə qoyun. Plov 30 dəqiqə dəmdə qaldıqdan sonra süfrəyə verin.
Nuş olsun!
Milli.Az