Gülümsəyin, cənablar…

21 Yanvar 2011 18:06
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimlər bunun üçün sadəcə ürəyə düzgün qulluq edilməsinin kifayət olduğuna əmindir. Bu qulluqlardan ən vacib olanlarından biri də gülüşdür. İnsanın gülməsi ürək və ağ ciyər üçün əla "məşq"dir. Gülən zaman ürək döyüntüsü artır, beyin rahatlaşır.
Bununla yanaşı, alimlər son illər insanların daha az güldüyünü müəyyənləşdirib. Əgər əvvəllər 1 insan gündə orta hesabla 18 dəqiqə gülürdüsə, indi bu, 6 dəqiqəni ötmür. Uşaqlar gündə 400 dəfəyədək gülür. Böyüklərdə bu, orta hesabla 15 dəfədir.

Milli.Az