"Sülməramlılar ATƏT-ə alternativ deyil"

22 Aprel 2015 22:24
Sülhməramlı qüvvələr ATƏT-ə alternativ deyil, onların vəzifəsi sülh razılaşmalarının pozulmasının qarşısını almaqdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün "Twitter" hesabında yazıb.

Poroşenko mayın 9-dan sonra Donbasda müxtəlif ssenarilərin baş verməsi mümkünlüyünü qeyd edib. Onun qənaətinə görə, Ukraynaya sülhməramlı qüvvələrin sülh və sabitlik naminə yeridilməsi zəruridir.

Milli.Az