"Obama Türkiyə ilə münasibətləri qurban verməyəcək"

22 Aprel 2015 20:00

"Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün Ermənistan Türkiyəyə qarşı ədavətdən əl çəkməlidir". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
 

Onun sözlərinə görə, Türkiyə istənilən məsələni, eləcə də tarixi hadisələri müzakirə etməyə hazırdır.

Ə.Davudoğlu bildirib: "Türkiyə çox ümid edir ki, ABŞ prezidenti Barak Obama qondarma "erməni soyqırımı"ına görə Türkiyə ilə münasibətləri qurban verməyəcək".

Milli.Az