Azərbaycanın ən tanınmış şirkətlərinin 150-dən çox nümayəndəsi ötən həftə Bakıda, "Four Seasons" Mehmanxanasında baş tutmuş "Marketing Kingdom Baku 3" tədbirində iştirak ediblər.
"Platinum Sponsor" qismində "Nar", "Korporativ bank seçimi" qismində isə PAŞA Bankın dəstəklədiyi "Marketing Kingdom Baku 3" ən son beynəlxalq trendləri, xüsusən də rəqəmsal marketinq, məzmunun idarəolunması, sosial media üzrə ölçülər baxımından yeni yanaşmalar təqdim edib.
Tədbiri "Twitter"-in nümayəndəsi Aliza Noks "Marketinq hədəflərinizə çatmaq üçün "Twitter"-dən necə istifadə etməli?" mövzusunda məlumatlandırıcı təqdimatı ilə açıb. O, təqdimatı zamanı marketoloqların "Twitter"-də düzgün vaxtları diqqətlə müəyyənləşdirməli və həmin vaxtlara əsaslanaraq öz marketinq strategiyalarını yaratmalı olduqları faktına diqqəti çəkib.
Noha Vagih ("VISA"-nın nümayəndəsi) sosial mediada "gerçək" olmağın əhəmiyyətini vurğulayıb. "Mən hal-hazırda medianın əhəmiyyətsiz olduğunu demirəm, heç elə düşünmürəm də. Mənim vurğulamağa çalışdığım odur ki, onlayn brend olaraq qarşılıqlı təsir etdiyimiz insanlar bizi işlərimizə əsasən qiymətləndirirlər. Onlar "gerçək" olduğumuzu gördükdə bizimlə əlaqə quracaqlar", - deyə o qeyd edib.
"Marketing Kingdom Baku 3" tədbiri, eyni zamanda, Alfonso De Gaetanonun ("Google" şirkətinin nümayəndəsi) mobil marketinqin günümüzdəki rolunu vurğulayan xüsusi təqdimatı ilə seçilib. O təqdimatı ərzində bildirib ki, mobil marketinqi mənimsəmək üçün biz təcrübələri, marketinqi və uğuru yenidən gözdən keçirməliyik.
Azərbaycanın ən böyük beynəlxalq marketinq tədbiri əlahəzrət şahzadə Çarlz, Uilyam və Harinin keçmiş mətbuat katibi Kolin Harisin təqdimatı ilə başa çatıb. "Mənim işimin maraqlı tərəflərindən biri də şahzadə Uilyam və şahzadə Harini ictimaiyyətə tanıtmaq üçün strategiyalar qurmağım idi. Maraqlı vaxtlar idi - Eton, Çili və Avstraliyada keçən universitet qabağı illər, universitet, çox mühüm ad günləri, yeni dostlar və yeni maraqlar - hamısı media ilə olan çətin münasibətləri tənzimləmək, eyni zamanda ictimaiyyətin gənc şahzadələr Uilyam və Harinin şəxsi ehtiyacları haqqında "məlumat aclığını" aradan qaldırmaq üçün edilirdi. Bu əyləncəli idi!" - deyə o, öz təqdimatında bildirib.
"Azerfon" (Nar) şirkətinin baş marketinq direktoru mütəxəssisi (CMO) Max Fyodorov, "Landor" şirkətinin Qlobal Beynəlxalq Kreativ üzrə Yaradıcılıq Direktoru Mütəxəssisi (GCO) Piter Napp və "Y&R Moscow" şirkətinin idarəedici rəhbəri İrina Volkhonskaya birgə təqdimatlarında iştirakçıları "NAR" -ın rebrendinqi haqqında məlumatlandırmışlar. M.Fyodorov bildirir: "2 il əvvəl biz marketinq sahəsindəki çətinliklərimizi müəyyənləşdirdik və qarşımıza hərtərəfli, əsaslı, uzunmüddətli kommunikasiya platforması və müasir, dəbli, eləcə də fərqli vizual görünüş yaratmaq məqsədini qoyduq. Əməkdaşlarımızla birgə işin nəticəsi olaraq yeni vizual görünüş və "Nar Bağı"platforması yaradıldı".
"Azerfon" ("Nar") şirkətinin marketinq üzrə baş direktoru Maksim Fyodorov, "Landor" şirkətinin qlobal kreativ direktoru Piter Napp və "Y&R Moscow" şirkətinin icraçı direktoru İrina Volxonskaya birgə təqdimatla çıxış edərək, iştirakçıları "Nar" ticarət nişanının rebrendinqi barədə məlumatlandırdıl
"Marketing Kingdom Baku" tədbirinin üçüncü buraxılışını "Platinum Sponsor" qismində Nar, "Korporativ bank seçimi" qismində isə PAŞA Bank tərəfindən dəstəklənib.
Tədbirin tərəfdaşları: trend.az, mak.az, Boutique, Facemark, Georgia Today, smartskills.az və AIESEC
Böyütmək üçün şəkillərə klikləyin.