Cücəyə görə bibisi qızını öldürdü - YENİLƏNİB
22 Aprel 2015 15:33
15:33
Milli.Az lent.az-a istinadən bildirir ki, Emilya Hüseynovanın anası bir neçə il əvvəl boşanıb və bundan sonra qardaşının evində məskunlaşıb. Hər il yaz mövsümündə olduğu kimi E.Hüseynova qutuda cücə saxlayırmış. O, qutunu dayısı oğlunun otağına yerləşdiribmiş.
Otağından xoşagəlməz qoxunun gəlməsindən narahat olan Vüsal Tağıyev bibisi qızına bununla bağlı irad bildirib və cücələrini otaqdan aparmasını tələb edib. Bundan sonra dayıoğlu ilə bibiqızı arasında münaqişə yaranıb və 23 yaşlı oğlan bıçaqla 21 yaşlı bibisi qızına zərbə endirib. Kürək nayihəsindən ağır yaralanan gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
----------
14:32
İmişlidə 23 yaşlı gənc bibisi qızını öldürüb.
İmişli rayon prokurorunun köməkçisi İsgəndər Cabbarovun anspress-ə verdiyi məlumata görə, hadisə dünən günorta 14 radələrində rayonun Qaragüvənlikli kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Atamoğlan oğlu Tağıyev ailə münaqişəsi zəminində bibisi qızı, 1994-cü il təvəllüdlü Emilya Bahadır qızı Hüseynovanı kürək nahiyəsindən bıçaqlayıb.
Qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən Vüsal Tağıyev həbs edilib.
Fakta bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az