«Əsrin oğurluğu»: su ilə dolu hovuz oğurlandı!

20 Yanvar 2011 21:13
Milli.Az xəbər portalının Amerika mətbuatına istinadən verdiyi məlumata görə, dəbdəbəli evlərdən birinin sakini səhər həyətə çıxan zaman həyətindəki hovuzun... yoxa çıxdığını görüb. Üstəlik, onun içərisindəki suyun harasa boşaldıldığını göstərən heç bir əlamətə rast gəlinməyib.
Ev sahibi Deyzi Valdivia baş verənlərdən çox təəccüblənib: Birincisi, diametri 3 metrdən artıq olan hovuzdakı 3 800 litrdən artıq su necə olub? İkincisi, həyətdə oğurlanmalı daha yüngül əşyalar ola-ola niyə məhz su ilə dolu hovuz?

Bu suallara cavabı isə polis tapmalıdır...

Milli.Az