"Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Bu, müstəqilliyinin cəmi 24 yaşı olan bir dövlətə böyük etimad, böyük inamdır. Bununla belə, hesab edirəm ki, belə möhtəşəm idman tədbirinin keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinə ciddi əsaslar var". Milli.Az SİA-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri Sahibə Qafarova assambleyanın yaz sessiyası çərçivəsində keçirilən iclasda çıxışı zamanı ölkəmizin Avropa oyunlarına hazırlığı ilə bağlı görülən işlərdən danışıb.Millət vəkili: "Azərbaycan bu mötəbər yarışlara ən yüksək səviyyədə ev sahibliyi edəcək"