Bu da Nissan Lannia - FOTO

21 Aprel 2015 23:35
Şanxay avtosalonunda Nissan şirkəti Lannia seriya sedanı təqdim edib. Yeni avtomobil Çində Bluebird Sylphy modelini əvəz edəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Nissan Lannia V-şəkilli radiator barmaqlğına və bumeranq formasında işıqdiod optikaya sahibdir. Nissan Lannia müasir və yaraşıqlı interyer, 7 düym ölçülü sensor displey əldə edib. Kürsülər və mərkəzdəki dirsəkaltı dəri ilə üzlənib. Bəzi elementlər parlaq xromla örtülüb.

Bu ilin payızında avtomobil ilk dəfə Çində satışa çıxarılacaq. Bir müddət sonra isə maşın Şimali Amerikada alıcılara təklif ediləcək.

Milli.Az