Mercedes-dən yeni krossover - VİDEO - FOTO
23 Aprel 2015 23:50
16-cı Şanxay avtosalonunda konseptual Mercedes-Benz GLC Coupe krossover-kupesi debüt edib. Model 2016-cı ildə GLC orta ölçülü şəhər krossoveri "kupe" versiyasının buraxılışından soraq verir. Mercedes-Benz GLC Coupe texniki cəhətdən GLC modeli ilə identikdir və deməli C-Class model sırasına aiddir. Milli.Az 4charx.com-a istinadən bildirir ki, Mercedes-Benz GLC Coupe konseptini Şanxay avtosalonunun ən önəmli dünya premyeralarından hesab etmək olar. Gələcək seriya versiyası BMW X4 və Porsche Macan modellərinə rəqib olacaq. Konseptin kapotu altında 367 a.g. və 520 Nm hasil edən biturbo-V6 3.0 mühərriki yer alıb.
Milli.Az