Hibrid Cadillac CT6 - FOTO

21 Aprel 2015 22:35
Amerika lüks avtomobillər istehsalçsı Cadillac Şanxay avtosalonu çərçivəsində ictimaiyyətə CT6 flaqman modelinin hibrid güc qurğusu ilə təchiz edilmiş versiyasını təqdim edib. İlk dövrlərdə avtomobil Çində və Şimali Amerikada, daha sonralar isə digər ölkələrdə satışa çıxarılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, hibrid güc qurğusunun tərkibinə 4 silindrli 2.0 litrlik benzin mühərriki və iki elektrik mühərriki, həmçinin litium-ion akumulyatorlar komplekti daxildir. Qurğu ümumilikdə 336 a.g. və 586 Nm fırlanma anı hasil edir.

Xatırladaq ki, CT6 sedan Mercedes-Benz S-Class, BMW 7-Series və Audi A8 kimi modellərlə rəqabət aparacaq.

Milli.Az