Yığcam, çinli Qoros - FOTO

21 Aprel 2015 23:15
Çinin Qoros şirkəti Şanxay avtomobil sərgisi çərçivəsində 2 SUV PHEV yığcam krossoverin konsept versiyasını ictimaiyyətə nümayiş etdirib. Çinli dizaynerlərin fikrincə brendin gələcək modellərinin üslubunu əks etdirən yeni model gəncləri maraqlandırmalıdır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni şəhər yolsuzluq avtomobilini müxtəlif dizayner tapıntıları ilə təltif ediblər. Məsələn, şüşə dam üzərindəki QR-kod anındaca istifadəçini istehsalçının rəsmi saytına yönəldir. Həmçinin avtomobil kapotun üzərində elektrik doldurulması üçün qeyri-adi dəlikdən təyinatı üzrə istifadə zamanı qırıcı təyyarələrin havada yanacaqla yüklənməsini xatırladır.

Yeni konsept 2 SUV PHEV kiçik həcmli benzin turbo mühərrikdən, bir cüt elektrik mühərrikindən və həmçinin batareya komplektindən ibarətdir. Güc qurğusunun imkanları haqqında konkret məlumat hələlik yoxdur.

Milli.Az