Windows 10 nə vaxt təhvil veriləcək?

21 Aprel 2015 21:50
ABŞ-ın "Microsoft" korporasiyasının yeni "Windows 10" əməliyyat sistemi iyulun sonunda çıxarılacaq. Britaniyanın "Digital Spy" əyləncə portalının məlumatına görə bu haqda "AMD" şirkətinin direktoru Liza Su deyib.

Bundan əvvəl bildirilmişdi ki, "Windows 10" əməliyyat sistemi 2015-ci ilin yayında 111 dildə 190 ölkədə çıxarılacaq, ancaq dəqiq tarix elan edilməyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əməliyyat sistemi il ərzində "Windows 7" və "Windows 8.1" platformasının istifadəçiləri üçün ödənişsiz olacaq. 

"Windows 10" ilə işləyən qurğular, həmçinin "Cortana" səsli köməkçi dəstəkləyəcək.

Həmçinin yeni "Spartan" brauzeri istifadəyə veriləcək.
 

Milli.Az