Yaponiya Aya aparat yollayacaq

21 Aprel 2015 21:05
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace exploration Agency - JAXA) aprelində 1-də başlayan 2018-ci maliyyə ilində Aya ilk enmə modullu avtomatik kosmik aparat göndərməyi planlaşdırır. Bu barədə Kyodo News informasiya agentliyi məlumat verib.

Hazırda dəyəri açıqlanmayan layihə üçün maliyyələşmə JAXA-nın missiyanın hazırlanması üçün ekspertlər komissiyasını toplayacağı 2016-cı maliyyə ilində ayrılacaq. SLIM (Smart Lander fo Investigating Moon) adlı kosmik aparatın kosmosa Yaponiyanın hazırlanması 2013-cü ildə başa çatan Epsilon raketdaşıyıcısı vasitəsilə buraxılacağı gözlənilir. Missiyanın vəzifəsi Ayda Yer peykinə sonrakı pilotlu ekspedisiyaların məqsədi ola biləcək perspektivli yerlərin aşkarlanmasıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiya mütəxəssisləri Hayabusa (Şahin) aparatının İtokava asteroidinə enməsi təcrübələrindən istifadə etməyi və modulu Ayın konkret ərazisinə bir neçə yüz metrlik dəqiqliklə endirməyi planlaşdırırlar. İndiyədək belə enmələr 1 km dəqiqliklə həyata keçirilib.

Ayın tədqiqi Yaponiyanın kosmik proqramında mühüm yer tutur. 2007-ci ildə JAXA tərəfindən planet peykinə Ay orbitində səkkiz ay yarım qalan Kaguya aparatını göndərib. Bu müddət ərzində zond Ay səthinin çoxlu yüksək keyfiyyətli şəkilini çəkib. Sonradan bu şəkillərdən Google şirkəti tərəfindən onun üçölçülü modelinin yaradılması üçün istifadə olunub.

Milli.Az