Bakıda məşhur avtomobil şirkətində yüz minlik cinayət

21 Aprel 2015 15:12
"Hyundai Badamdar" MMC-nin sabiq əməkdaşı Vüqar Musayevin qanunsuz hərəkətləri barədə cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, araşdırmalar zamanı V.Musayevin 10 aprel 2014-cü ildən 7 yanvar 2015-ci il tarixədək qeyd olunan şirkətin xəzinədarı vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırmaq yolu ilə ona etibar edilmiş cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az