"Mən getdiyim toylara onlar gedə bilmirlər" - VİDEO

21 Aprel 2015 14:17
"Məndən qat-qat aşağı səviyyədə yaşayırlar"

Müğənni Şəbnəm Tovuz "Region TV"də yayımlanan "Şou məkan" verilişinə maraqlı açıqlamalar verib.

O, şou-biznes aləmi haqda danışıb: "Şou-biznesdə bu gün sənə salam verən, bir müddət yaxşı ünsiyyətdə olduğun insanlar müəyyən vaxtdan sonra özlərini səndən üstün tutmaq istəyirlər. Bu, mənlik deyil. Şou-biznesdə intriqa yaşadığım şəxslər var, amma onları özləri yaradıblar. Yaranma səbəbi də mənim getdiyim toylar olub. Mən getdiyim toylara onlar gedə bilmirlər deyə yaranıb. Onlar məndən qat-qat aşağı səviyyədə yaşayırlar. Müğənni var ki, hər gün efirdədir, amma tamaşaçı sevgisi yoxdur ona. Mən ayda 2-3 dəfə çıxıram efirə, amma yetərincə tamaşaçı sevgisi qazanmışam".

Sənətçi yeni yaradıcılıq işləri barədə də məlumat verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото