Azərbaycanlı aktyorlar Türkiyədə məharətlərini göstərəcəklər - VİDEO
21 Aprel 2015 12:22
Kanal S (Region TV) xəbər verir ki, Şəki Dram Teatrının 25 nəfərdən ibarət kollektivi Türkiyənin Konya şəhərində keçirilən 8-ci beynəlxalq teatr festivalına yollanıb. Qədim mədəniyyət mərkəzlərindən olan Konyada keçirilən "Min nəfəs, bir səs" teatr festivalının dünən təntənəli açılışı olub. Festivala Azərbaycan, Başqırdıstan, Kosovo, Kipr və digər türkdilli dövlətlərin teatr kollektivləri qatılıb.
İştirakçılar Atatürk meydanından Konya valiliyinin yerləşdiyi binaya doğru yürüş ediblər. Festivalın açılışı münasibətilə Konya valiliyi təbiət qoynunda nahar yeməyi təşkil edib. Nahar yeməyindən sonra qonaqlar Konya teatr binası qarşısında özlərinin milli rəqslərini nümayiş etdiriblər. Festivalın ilk günü Bursa Dövlət Teatrı Sadık Şendilin "Qanlı nigar" tamaşası ilə çıxış edib. Qeyd edək ki, Şəki Dram Teatrının kollektivi artıq bir neçə ildir ki, festivala dəvət alır. Kollektiv 26 apreldə Jan Batist Molyerin "Xəsis" əsəri ilə tamaşaçıların qarşısına çıxacaq.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.