Çılpaq şəkillərini Facebook-da paylaşacağı ilə hədələdi, 7 min manat istədi

21 Aprel 2015 11:05

Keçmiş məhbus 21 yaşlı qızı hədələyib ondan külli miqdarda pul tələb edib

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə barədə qızın atası polisə məlumat verib.

Bakı sakini, 43 yaşlı Kamil Əliyev (ad, soyad şərtidir) bildirib ki, aprelin 13-də axşam saatlarında əvvəllər məhkum olunan 22 yaşlı Nahid Kazımov (ad, soyad şərtidir) qızı Sevdanın (ad şərtidir) rüsvayedici şəkillərini Facebook-da paylaşacağı ilə ona hədə-qorxu gəlib.

Şəkilləri yaymamaq üçün isə ondan 7 min manat pul tələb edib.

Müraciətlə bağlı Nərimanov RPİ Təhqiqat Şöbəsində araşdırma aparılır.

Milli.Az