Quranı yandırmaq istəyən keşişi Britaniya qəbul etmədi

20 Yanvar 2011 18:45
Milli.Az xəbər portalı "Agence France-Presse"ə istinadən bildirir ki, ABŞ-ın Florida ştatındakı keşiş, 2011-ci ilin sentyabrı 11-nin ildönümü ilə bağlı olaraq ötən ilin sentyabrında Nyu-Yorkda Quranı yandırmaq istəyən Terri Consu Böyük Britaniyaya buraxmayıblar.
Qərarı "Houm offis" (Britaniyanın DİN-i) qəbul edib.

"İstənilən halda ekstremizmi rədd edirik və məhz buna görə də keşiş Terri Consa Britaniyaya girişi qadağan etmişik", - DİN mənsubu bildirib. Onun dediyinə görə, Böyük Britaniyaya ayaq basmaq hüquq yox, imtiyazdır: "Keşiş Cons isə öz davranışına görə bu imtiyaza layiq deyil".

Cons Britaniyanın ona tətbiq etdiyi yasaqdan təəssüfləndiyini bildirib.
"Britaniyada qızım və nəvələrim yaşayır. Onlara baş çəkmək istəyirdim. Mən və tərəfdarlarım bu qadağanın aradan qaldırılmasına çalışacağıq", - keşiş deyib.
Terri Consu Britaniyaya "İngilis Müdafiəsi Liqası" ( English Defence League) adlı ultrasağçı təşkilat dəvət edib. Fevralın 5-də təşkilatın Luton şəhərində keçirəcəyi tədbirdə onun çıxışı gözlənilirdi.

Tural
Milli.Az